Satılır 2 otaqlı yeni tikili 97.2 m², Şah İsmayıl Xətai m.
LAYİHƏ HAQQINDA
White Garden — şəhər həyatının estetikasına yeni bir baxışdır. Layihə
Babək prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində — Bakı Ağ
Şəhərinin ən nüfuzlu və sürətlə inkişaf edən rayonlarından birində
yerləşir.
Bu, rahatlığı, estetik dəyərləri, texnologiyanı və mehriban qonşuluq
mədəniyyətini qiymətləndirənlər üçün memarlıq baxımından
düşünülmüş yaşayış kompleksidir.
Burada hər gün gözəl şəhər mənzərəsi ilə başlayır və rahatlıq hissi ilə
tamamlanır.
__
Dənizkənarı hündürlük, nüfuz və həyat tərzi — Bakı Ağ Şəhərində
rahatlığın yeni səviyyəsi.
__
Dəqiq düşünülmüş həyət — burada rahatlıq və təhlükəsizlik hər şeydən
ön plandadır. Yaşıllaşmaya xüsusi diqqət yetirilmişdir: bol yaşıllıq və incə
planlaşdırılmış landşaft sakit və rahat mühit yaradır. Uşaq meydançaları
yaş qruplarına uyğun layihələndirilmiş, aktiv zonalar isə sakit guşələrdən
ayrılmışdır ki, hər kəs üçün komfort təmin olunsun.
İstifadə olunan materiallar hipoallergen və təbiidir, gəzinti yolları və
istirahət zonalarının dizaynında isə “Buta” və “Şəbəkə” naxışları tətbiq
olunaraq bağ konsepsiyası vurğulanmışdır.
__
RESIDENTS’ CLUB
Qonşuluq mədəniyyətinin yenidən dirçəldilməsi və “evdəki kimi”
atmosferin yaradılması.
Residents’ Club-a xoş gəlmisiniz — ünsiyyət və səmimi görüşlər üçün
nəzərdə tutulmuş rahat bir məkan. Burada qonşular tanış olur, söhbət
edir və birgə vaxt keçirirlər.
Sakinlərin rahatlığı üçün birgə film izləmək üçün kino otağı, fitnes zalı,
yoqa üçün terras, qonaq otağı və uşaqların təhlükəsiz şəkildə oynaya
biləcəyi uşaq otağı nəzərdə tutulub. Bu məkanlar dostluq
münasibətlərini möhkəmləndirir və evdəki həyatı daha harmonik və
rahat edir.
__
GUEST ROOM
Xüsusi görüşlər və tədbirlər üçün yaradılmış eleqant məkan. Bu otaq
ailəvi axşam yeməkləri, doğum günləri, dost toplantıları və kiçik
bayramlar üçün mükəmməl seçimdir.
Dəqiq düşünülmüş akustika, müasir interyer və ev ab-havası xüsusi bir
əhval-ruhiyyə yaradır
__
White Garden-də mənzil aldıqda, onu təmirəqədər vəziyyətdə əldə
edirsiniz. Bu, təkcə vaxtınıza deyil, həm də büdcənizə qənaət edir, çünki
ən səs-küylü və “çirkli” işlər artıq yerinə yetirilib. Sizə yalnız uyğun
dizayn seçmək və mənzilinizin son təmir mərhələsinə başlamaq qalır.
Döşəmə:
Əlavə səsizolyasiya materialı ilə
möhkəm beton qat (styaşka) çəkilib,
istənilən son döşəmə örtüyünün
(parket, laminat və s.) döşənməsi
üçün hazır vəziyyətdədir.
İstilik sistemi: Tam şəkildə
yığılmış və istismara hazırdır.
Polad panel radiatorlar quraşdırılıb.
Divarların işlənməsi: Divarlar son təmir
işlərinə başlanması üçün gips suvaqla
hamarlanıb.
Giriş qapısı: MDF örtüklü,
etibarlı elektron qıfılla təchiz
edilmiş metal qapı quraşdırılıb.
Elektrik: Mənzilin bütün
otaqlarında elektrik xətlərinin
tam paylanması aparılıb
__
KONSYERJ XİDMƏTİ
Rahat və təhlükəsiz yaşayış üçün 24/7 fəaliyyət göstərən konserj
xidməti mövcuddur. Binaya girişin idarə olunması, məktubların qəbulu,
gündəlik məsələlərdə kömək — bütün suallarınız üçün istənilən vaxt
müraciət edə bilərsiniz.








































































































































































